Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qəbul edilməsi regionun rifahına töhfə verəcək - Türkiyə Milli Təhlükəsizlik Şurası
28 Sentyabr 2023 21:34 DünyaAzərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qəbul edilməsi regionun rifahına töhfə verəcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasında (MGK) qeyd edilib.
"Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar olması və regionumuzdakı bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə açıla bilər", - deyə MGK-nın açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türkiyə bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31