Dünya şöhrətli aktyor 82 yaşında öldü

Britaniyalı aktyor Maykl Gembon 82 yaşında vəfat edib.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi pnevmoniyadan dünyasını dəyişib.

O, xəstəxanada ailə üzvlərinin əhatəsində həyatdan köçüb.

Qeyd edək ki, M. Gembon "Harri Poter" silsilə filmlərində professor Albus Dambldor obrazı ilə yadda qalıb. Bir neçə nüfuzlu mükafata layiq görülüb.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31