Ukrayna vətəndaşları üçün inteqrasiya proqramları yaratmamağa çağırıb -
28 Sentyabr 2023 15:38 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko Avropa ölkələrini ukraynalı qaçqınlar üçün inteqrasiya proqramları yaratmamağa çağırıb.
"Biz onları qaçqın hesab etmirik. Biz onları Ukraynanı tərk etməyə məcbur olmuş insanlar hesab edirik. Xoşbəxtlikdən, digər ölkələrin miqrasiya xidmətlərindən olan həmkarlarım da vətəndaşlarımızı qaçqın hesab etməməyi və onların qəbul etdiyi ölkədə inteqrasiyası üçün proqramlar yaratmamağı xahiş edəndə məni dəstəkləyirlər", - deyə Naumenko bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq etmişdi ki, Qərb ölkələrindən Kiyevə yardımın azaldılması Avropadakı milyonlarla ukraynalı qaçqının gözlənilməz reaksiyasına səbəb ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31