Bu ölkə ilə əməkdaşlıq üçün hər şeyi edirik - Uraloğlu
27 Sentyabr 2023 21:59 DünyaŞimali Kiprlə əməkdaşlığımız iki ölkənin ortaq maraqları istiqamətində irəliləyir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Şimali Kiprin nəqliyyat naziri Ərhan Arıklı ilə görüşü zamanı deyib.
"Şimali Kipr ilə Türkiyə arasında uzun illər davam edən əməkdaşlığın daha da gücləndirilməsi üçün lazım olan hər şeyi edirik. Bu əməkdaşlıq iki ölkənin ortaq maraqlarına uyğun olaraq irəliləyir və regional inkişaf bu sahədə mühüm addımların atılmasına imkan verəcək. Şimali Kiprin infrastrukturunun gücləndirilməsi, vətəndaşlarının rifahı üçün əvəzsiz əhəmiyyət kəsb edir", - Uraloğlu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31