Türkiyə prezidenti Misirin son 10 ildə ilk səfirini qəbul edib - ÖZƏL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr çərşənbə günü Misir səfirinin etimadnaməsini qəbul edib.

Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Türkiyə prezident administrasiyası Ərdoğanın Misirin Ankaradakı səfiri Əmr əl-Hamaminin etimadnaməsini qəbul etdiyini vurğulayıb.

"Ahaber" telekanalının dərc etdiyi fotoşəkillərə əsasən, əl-Hamami ailəsi ilə birlikdə qəbula gəlib. Səfir 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışır. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib.

Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparıb, Türkiyə dövlət başçısı iki ölkə arasında LNG və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib.

Bildirilir ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.

Bundan əvvəl Federasiya Şurası Ərdoğanı Rusiya qarşısında götürdüyü öhdəlikləri pozmaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31