"Aralıq dənizi insanları və mədəniyyətləri, xalqları və dilləri, fəlsəfələri və dinləri birləşdirir”

Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Roma Papası Papa Fransisk deyib.

"Aralıq dənizinin sivilizasiya və sülh laboratoriyası olmaq missiyası bərpa edilsin. Bu dəniz bəzən təhlükəli ola bilər, lakin həmişə "həyat xəzinələri" saxlayıb. Aralıq dənizi sivilizasiya və həyat beşiyidir. Onun nə türbəyə, nə də münaqişə yerinə çevrilməsinə dözmək olmaz. Aralıq dənizi sivilizasiyalararası toqquşmaya, müharibəyə, insan alverinə ən çox əks olan yerdir. Çünki Aralıq dənizi Afrika, Asiya və Avropanı - insanları və mədəniyyətləri, xalqları və dilləri, fəlsəfələri və dinləri birləşdirir", - Fransisk qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31