Bu, bütün dünyanın diqqət mərkəzindədir - Selçuk Bayraktar

Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib.

"Hazırda "Bayraktar AKINCI" PUA-ya ciddi tələbat var. KIZILELMA hələ inkişaf mərhələsində olsa da, dünyanın hər yerindən tələb var. "Bayraktar TB2" dünyada ən yaxın rəqibindən beş dəfə daha çox tanınır. "Bayraktar TB2" indiyə qədər 32 ölkəyə ixrac edilib", - deyə o qeyd edib.

S.Bayraktar onu da vurğulayıb ki, süni intellektdən sağlamlıqda innovasiyaya qədər texnologiyanın bütün sivil sahələrində dünyaya iz qoyacaq türk layihələri olacaq.

Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31