Almaniya Polşanın Aİ-dən çıxarılması məsələsini qaldırıb - ÖZƏL
27 Sentyabr 2023 15:39 DünyaOlaylar.az xəbər verir ki, Avropa Parlamentinin (AP) Almaniyadan olan üzvü Qunnar Bek viza qalmaqalı ilə bağlı Polşanı Avropa İttifaqından çıxarmaq təklifi ilə Avropa Komissiyasına (AK) müraciət edib. .
Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsinə əsasən, hər hansı bir Üzv Dövlət tərəfindən Aİ- nin dəyərlərinin ciddi şəkildə pozulması riski olduğu halda ölkə ittifaqdan çıxarıla bilər.
Bek Avropa Komissiyasından Polşanın rəsmi orqanları tərəfindən vizaların "fırıldaqçı" verilməsinin hibrid hücuma bərabər tutula biləcəyini və AK-nin respublikaya qarşı icraata başlamaq niyyətində olub-olmadığını soruşdu.
"Əgər belə deyilsə, niyə Aİ-yə daxil olmayan hibrid hücumlar ilə üzv dövlətlərin hibrid hücumları arasında fərq qoyulur?" - deyə Bek müraciətdə bildirib.
Yayda Polşada viza qalmaqalı baş verdi. Müstəntiqlərin məlumatına görə, Polşa xarici işlər nazirinin müavini Pyotr Vavrşik 20 ölkədən müvəqqəti işçilərə Şengen vizalarının daha asan verilməsi planı hazırlayıb və bu səbəbdən ölkəyə 400 minə yaxın əcnəbi daxil olub.