Yaponiya dünyanın elektron tullantı probleminin həllini tapıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yasutoşi Nişimura dünya elektron tullantılarının təkrar emalına cavabdeh olan ümumi beynəlxalq qurumun yaradılmasına çağırıb.

Yaponiya hakimiyyət orqanları ABŞ və Avropa İttifaqı (Aİ) daxil olmaqla 14 ölkəni istifadə olunmamış elektron cihazlardan metalların toplanması və təkrar emalı texnologiyasından istifadəni genişləndirməyə dəvət edib. Nazirin baxışına görə, dünya resursların təkrar emalını təşviq edən və mineral tədarük zəncirini gücləndirən bir sistem yaratmalıdır.

Təşəbbüsün oktyabrın 28-də Parisdə başlayacaq Beynəlxalq Enerji Agentliyinin tədbirləri çərçivəsində müzakirəsi planlaşdırılır.

Qeyd olunur ki, Yaponiya elektronikanın sökülməsi ilə bağlı tövsiyələr vermək üçün öz mütəxəssislərini ASEAN ölkələrinə göndərməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31