İspaniyalı məşhur futbolçunun evi qarət edilib
27 Sentyabr 2023 14:02 Dünyaİspaniyanın "Sevilya" klubunun futbolçusu Serxio Ramosun evi qarət olunub.
Olaylar.az ABC nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 20-də "Lans"a qarşı Çempionlar Liqasının qrup mərhələsinin I turunun oyunu zamanı baş verib.
Həmin vaxt evdə 37 yaşlı müdafiəçinin dörd övladı və iki müəllimi olub. Onlar hadisə zamanı xəsarət almayıblar.
Qeyd edək ki, Serxio Ramos 18 ildən sonra "Sevilya"ya qayıdıb. O, İspaniyada "Real", Fransada isə PSJ klublarının da formasını geyinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31