İraqda toyda baş vermiş yanğına görə 9 nəfər saxlanılıb

İraqın şimalında yerləşən Naynava əyalətində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı 9 nəfər saxlanılıb.

Olaylar.az İraq KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin mətbuat xidmətinin rəhbəri Saad Moan bildirib.

"Toyda baş vermiş yanğına görə 9 nəfər saxlanılıb. İlkin məlumata görə, yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verib", - o vurğulayıb.

İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 93 nəfər ölüb, 100 nəfər yaralanıb. İraq Qızıl Aypara Cəmiyyəti ölən və xəsarət alanların sayının 450-dən çox olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31