Kanada parlamenti nasizmi pisləmək qərarını alıb - ÖZƏL

Kanada parlamentinin deputatları 14-cü SS Qalisiya diviziyasının keçmiş əsgəri Yaroslav Hunkanın şərəfinə əl çalandan sonra nasizmi pisləmək qərarına gəlib.

"Bütün partiyaların deputatları "Blok Quebécois" partiyasından olan Yves-Fransua Blanchet-in nasizmin bütün formalarını pisləmək və bütün qurbanlarla tam həmrəylik ifadə etmək təklifi ilə razılaşıblar", - deyə məlumatda bildirilir.

Bundan əlavə, kanadalı deputatlar Hunkanın parlamentə dəvətini pisləmək və ona verilən bütün şərəfləri geri götürmək qərarına gəliblər.

Bundan əvvəl məlum olub ki, Polşanın Milli Xatirə İnstitutu (IPN) 14-cü SS Diviziyasının keçmiş əsgəri "Qalisiya" ("1-ci Ukrayna diviziyası" kimi də tanınır) SS hərbçisi Yaroslav Hunkanı polyakların soyqırımında iştirakına görə yoxlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31