Polşa Litva ilə Ukraynadan taxıla nəzarət barədə razılığa gəlib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Varşava və Vilnüs taxıl nəzarəti prosedurlarının Ukraynadan Litva limanına Polşa-Ukrayna sərhədindən ötürülməsi ilə bağlı danışıqları yekunlaşdırır. Bu barədə Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telusa xəbər verir.

"Litva ilə nəzarəti Polşa-Ukrayna sərhədindən Litva limanına ötürmək barədə razılaşmadan danışsaq, biz artıq finiş xəttinə yaxınlaşmışıq", - deyə Telusa bildirib.

O əlavə edib ki, hazırda Almaniya tərəfi ilə oxşar danışıqlar aparılır və hər iki halda ilk növbədə texniki məsələlər müzakirə olunur.

Bundan əvvəl Polşanın keçmiş xarici işlər naziri Yaçek Çaputoviç demişdi ki, Varşava və Kiyev arasında taxıl qalmaqalında günahın çox hissəsi Polşa tərəfindədir.

O, həmçinin baş nazir Morawiecki-nin Polşanın Ukraynaya silah tədarükünü dayandıracağı ilə bağlı bəyanatını "fəlakətli" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31