Estoniyanın baş naziri NATO-ya üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb

Estoniyanın baş naziri Kaya Kallas NATO-ya üzv olan müəyyən ölkələrin müdafiə hədəflərini kifayət qədər ciddiyə almadığını bildirib və potensial təhlükələrdən qorunmaq üçün onları müdafiə xərclərini artırmağa çağırıb.

Olaylar.az xəbər verir ki, bu barədə estoniyalı nazir Sinqapura səfəri zamanı açıqlama verib.

Onun sözlərinə görə, bəzi NATO ölkələri gələn ilədək ümumdaxili məhsulun minimum 2 faizini müdafiə xərclərinə sərf etmək barədə qərarlarını təxirə salmağı düşünür.

Estoniyalı nazir bu minimumun ÜDM-in 2,5 faizi həddinə çatdırılmalı olduğunu bildirib.

Qeyd edək ki, NATO-ya üzv ölkələr 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə müdafiə xərclərini ÜDM-in ən azı 2 faizinə qədər yüksəltmək barədə qərar qəbul ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31