Rusiyanın “Bion-M2” biopeyki orbitə buraxılacaq – ÖZƏL

"Rusiyanın dövlət kosmik korporasiyası "Roskosmos" 2024-cü il iyulun 31-dən gec olmayaraq, "Bion-M2" peykini orbitə buraxmağı planlaşdırır".

Olaylar.az xəbər verir ki, bunu layihənin rəhbəri bildirib. Rusiya Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutunun baş konstruktor müavini Vladimir Sıçev deyib: "Bion-M2-nin buraxılış müddəti dəyişməyib, onun 2024-cü ildə buraxılması planlaşdırılır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31