İtaliyada zəlzələ olub
27 Sentyabr 2023 12:03 Dünyaİtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən vulkanik ərazidə 4.2 maqnitudalı zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Seysmoloqların məlumatına əsasən, zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib və titrəyişlər Neapol və ətraf ərazilərdə daha aydın hiss edilib.
Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31