Fransa Qarabağdan gedən ermənilərə 7 milyon ayırır

Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan və Fransanın fövqəladə və səlahiyyətli səfiri Olivier Dekotini arasında görüş baş tutub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi məlumat yayıb.

Görüşdə Mkrtçyan Ermənistanı dəstəkləyən və lazımi yardım göstərən Fransanın rolunu yüksək qiymətləndirib.

Bildirilib ki, Fransa hökuməti tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək Qarabağdan gələn ermənilərin sosial problemlərinin həlli üçün 7 milyon avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

Səfirin sözlərinə görə, Fransa tərəfi də Ermənistana dərman və avadanlıqla birlikdə təyyarə göndərməyə hazırlaşır.

Tərəflər sosial sahədə problemlərin həlli istiqamətində fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31