ABŞ ordusu ilk hava taksilərini aldı - ÖZƏL

ABŞ Hərbi Hava Qüvvələri Amerikanın Joby Aviation Inc şirkətindən ilk hava taksi modelini alıb.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Jobi bu yaxınlarda Edvards Hərbi Hava Qüvvələri bazasına ilk hava taksi modelini təhvil verdi" - deyə şirkət bildirib.

Avadanlıq ABŞ Hərbi Hava Qüvvələri ilə müqavilə əsasında bazanın yerləşdiyi Kaliforniya ştatına artıq gəlib.

Müqavilənin məbləği 130 milyon dolları ötüb.Şirkət ABŞ Hərbi Hava Qüvvələrinə və federal agentliklərə 10-a qədər hava taksisi təqdim etməyi öhdəsinə götürür.

Yeni model bir pilot və dörd sərnişin üçün nəzərdə tutulub və 454 kq-a qədər yük daşıya bilir. Hava taksiləri 322 km/saat sürətə çata bilir. Elektrik mühərrikləri ilə işləyən təyyarələrə qulluq etmək daha asan olduğundan ABŞ Hərbi Hava Qüvvələri bu cür texnologiyaların yaradılmasında maraqlı olduğunu bildirib. Məsələn, hərbçilər Sakit okeanda qısa məsafələrə şəxsi heyəti və yükləri daşımaq üçün hava taksilərindən istifadə edə bilərlər.

İyun ayında Avstraliyanın RMIT Universitetinin alimləri belə qənaətə gəliblər ki, şəhər binalarının ətrafındakı hava axınları hava taksilərinin uçuşlarını poza bilər.

Bundan əvvəl məlum olmuşdu ki, rusiyalıların dörddə birindən çoxu gələcəkdə pilotsuz hava taksisindən istifadə etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31