Çin üçüncü dövlətlərin təhlükəsizliyi hesabına hərbi blokların genişlənməsinə qarşıdır - ÖZƏL

"Pekin digər dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərən hərbi blokların özbaşına genişlənməsinə qarşıdır".

Olaylar.az xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi bildirib.

"Ümumbəşəri təhlükəsizlik üçün əlverişli mühit yaratmalıyıq. Ümumi, mürəkkəb, birgə və davamlı təhlükəsizlik konsepsiyasını müdafiə etmək, dövlətlər arasında fikir ayrılıqlarını və mübahisəli məsələləri dialoq və məsləhətləşmələr yolu ilə həll etməkdə israr etmək, qanuni təhlükəsizlik narahatlıqlarına qarşılıqlı hörmət etmək son dərəcə vacibdir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31