Fransa Aİ daxilində Çinə qarşı daha sərt yanaşma formalaşdırır - ÖZƏL
26 Sentyabr 2023 16:08 DünyaAvropa Birliyinin ( Aİ ) Çinə qarşı yeni sərt yanaşması Parisin Çinin ticarət təcrübələrinin iqtisadiyyatın əsas sektorları üçün kritik təhlükə yarada biləcəyindən qorxduğu bir vaxta təsadüf edir. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
Mətndə Fransanın Pekinə qarşı siyasətin dəyişdirilməsində liderlik etdiyi , hərəkətsizliyin uzunmüddətli perspektivdə Aİ iqtisadiyyatı üçün itkilərə səbəb olacağına inandığı vurğulanır.
"Çətinlik Pekinin Vaşinqtonla etdiyi kimi, Avropanın Çinlə illik 900 milyard dollarlıq ticarət əlaqələrini birbaşa döyüşə çevirmək deyil, dünyanın ən böyük iqtisadi blokları üçün bərabər şərait yaratmaqdır" deyə agentlik həmsöhbəti bildirib .
Anonim mənbə bildirib ki, Fransa prezidenti Emmanuel Makron Aİ tərəfdaşlarının Avropanı dünyanın iki iqtisadi fövqəldövləti arasında balanslaşdırıcı qüvvə kimi görməsini istəyir.