Latviya bu halda Rusiya və Belarusla sərhədləri bağlayacaq

Latviya ölkəyə keçməyə çalışan qanunsuz miqrantların sayında kütləvi artım olacağı təqdirdə Rusiya və Belarusla sərhədləri tam bağlamağa hazırdır.

Olaylar.az xəbər verir ki, bu barədə Latviya prezidenti Edqars Rinkeviçin Almaniyanın müdafiə naziri Boris Pistorusla danışıqlarının yekunları üzrə dərc olunmuş pres-relizdə deyilir.

Məlumata görə, tərəflər, həmçinin, Latviya-Belarus sərhədində hibrid hücum ehtimalını müzakirə ediblər. Latviya prezidenti ölkəsinin zəruri bütün tədbirləri görməyə, o cümlədən, kütləvi miqrant axını olacağı təqirdə Belarus və Rusiya ilə sərhədləri bağlamağa hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31