Finlandiyaya nə qədər rus avtomobilinin buraxılmadığı məlum olub - ÖZƏL

Rusiya Federal Gömrük Xidmətinin Şimal-Qərb Gömrük İdarəsinin saytında verilən məlumata görə, Rusiya dövlət nömrə nişanlı avtomobillərin Avropa İttifaqına girişinə qadağa başlayandan bəri Finlandiya hakimiyyəti səkkiz belə avtomobili sərhəddə saxlayıb.

"2023-cü il sentyabrın 16-da Rusiyada şəxsi istifadə üçün qeydiyyatda olan nəqliyyat vasitələrinin Finlandiya ərazisinə keçirilməsinə qadağa qoyulduqdan sonra bazar ertəsi günü Rusiya dövlət nömrə nişanlı 8 minik avtomobili Rusiya-Finlandiya sərhədinin Kareliya hissəsinə qaytarılıb. 

Kareliya gömrüyünün fəaliyyət göstərdiyi ərazidə sentyabrın 16-dan 24-dək Rusiya-Finlandiya sərhədini 6 min nəfər keçib, onlardan 4,9 mini ruslar olub. Eyni dövrdə demək olar ki, 3,9 min avtomobil sərhədi keçib ki, onlardan yalnız 86-sı Rusiya qeydiyyatında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31