Lukaşenko Putinlə oktyabrın 15-də görüşəcək
26 Sentyabr 2023 13:47 DünyaBelarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin oktyabrın 15-də Qırğızıstanda görüşəcəklər.
Olaylar.az Belarus mətbuatına istinadən xəbər verir ki, bunu A.Lukaşenko Belarusda səfərdə olan Rusiya Federasiyasının Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşündə deyib.
Belarus Prezidenti bildirib ki, o, sentyabrın 25-də Putinlə telefonla danışıb və iki layihəni - təyyarələrin istehsalı və Leninqrad vilayətinin limanları istiqamətində dəmir yolu xəttinin tikintisini müzakirə edib: "Oktyabrın 15-də biz Qırğızıstanda bu barədə ətraflı danışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31