İlon Mask Rusiyanı Kanadanın ittihamlarından müdafiə edib - ÖZƏL
26 Sentyabr 2023 12:51 DünyaAmerikalı sahibkar İlon Mask Kanadanın baş naziri Castin Trüdonun Kanada parlamentinə nasist dəvət etməsi ilə bağlı nəşrləri Rusiyanın təbliğatı hesab edən açıqlamasına cavab verib. Bu barədə biznesmenin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Mən heç kəsi şoka salmaq istəmirəm, lakin hər şeyin Rusiya dezinformasiyası olmadığına dair kiçik bir şans var" deyə Mask bildirib.
Bundan əvvəl Vladimir Zelenski Kanadaya səfər edib və burada parlamentin iclasında iştirak edib. Qonaqlar arasında İcmalar Palatasının sədri Entoni Rotanın tamaşaçıların alqışları altında "Kanada qəhrəmanı" və "İkinci Dünya Müharibəsi zamanı ruslara qarşı Ukraynanın müstəqilliyi uğrunda döyüşçü" kimi təqdim etdiyi 98 yaşlı Yaroslav Hunka da var idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31