Kanada Ermənistana yeni səfir təyin edib

Kanadanın Ermənistandakı yeni səfiri Endryu Törner olacaq.

Olaylar.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Endryu Törner Kanadanın İrəvanda gələn ay açılacaq səfirliyinə rəhbərlik edəcək.

Qeyd edək ki, Endryu Törner bundan əvvəl Yaxın Şərqdə diplomat kimi çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31