Rusiyadan gələn turistlər Efiopiya vizasını indi hava limanında əldə edə bilərlər - ÖZƏL

"Efiopiyaya səyahət edən rusiyalı turistlər indi hava limanında viza ala bilirlər".

Olaylar.az xəbər verir ki, bunu Efiopiyanın Rusiyadakı səfiri Çam Uqala Uriat bildirib.

"Efiopiya hökuməti rusiyalı turistlərin Əddis-Əbəbəyə istənilən yerdən gələ biləcəyinə qərar verib və onlara gəldikdən sonra viza veriləcək. Beləliklə, viza almaq üçün artıq səfirliyə baş çəkmək lazım deyil. Turistlər hava limanına gəldikdən sonra viza ala biləcəklər. Bu, Efiopiya hökumətinin bu yaxınlarda atdığı addımdır" - diplomat, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31