ABŞ Polşaya 2 milyard verəcək: saziş imzalandı
25 Sentyabr 2023 23:41 DünyaPolşa və ABŞ Avropa ölkəsinin müdafiəsinin modernləşdirilməsini dəstəkləmək üçün 2 milyard dollarlıq birbaşa kreditin verilməsi haqqında saziş imzalayıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
"Onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Polşa Ukraynaya yardımda mərkəzi rolundan əlavə, müdafiə sahəsinə böyük sərmayə qoyaraq regional təhlükəsizliyi gücləndirməyə sadiqdir", - bəyanatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31