İsveçdə məsciddə güclü yanğın baş verdi
25 Sentyabr 2023 22:32 Dünyaİsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur.
"Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Əsas binanın damı yanıb. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur", - deyə xilasetmə xidmətinin növbətçi zabiti Anders Sessler bildirib.
Yaxınlıqda yerləşən evlərin sakinləri məsciddə partlayış səsləri eşitdiklərini deyiblər.
Fövqəladə Xidmətin məlumatına görə, binada heç nə partlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31