Marsda həyat axtarmaq üçün yeni üsul kəşf edilib - ÖZƏL

Aberdin Universitetinin kanadalı alimləri Marsda həyatın ən əhəmiyyətsiz əlamətlərini axtarmaq üçün texnologiya hazırlayıblar.

Olaylar.az xəbər verir ki, tədqiqat Scientific Reposrt elmi jurnalında dərc olunub.

Mütəxəssislər iki pikoqram və ya bir qramın trilyonda ikisi olan DNT-ni aşkarlaya və müəyyən edə bilən torpaq analizi proseduru hazırlayıblar. Müqayisə üçün qeyd edək ki, bir kolibri hüceyrəsinin genomunda bir pikoqram DNT var. Metod qabaqcıl genetik ardıcıllığa əsaslanır.

"Bu gün Marsda mikrob həyatın olması ehtimalı azdır, lakin onu tapmaq üçün biz nümunə miqyasında işləməliyik və kosmosun tədqiqində istifadə olunan avadanlığın ölçüsü və gücü burada vacibdir" - deyə aparıcı alim, professor Xavyer Martin-Torres bildirib.

Alimlər yeni texnologiyadan Yerin bəzi ekstremal iqlim zonalarında, o cümlədən qütb bölgələrində və səhralarda həyatın izlərini axtarmaq üçün də istifadə etməyi planlaşdırırlar. Bundan əlavə, xırda bioloji hissəciklərin aşkarlanması tam sterilliyin tələb olunduğu tibb, kimya və farmakologiyada faydalı ola bilər.

Daha əvvəl alimlər bildirmişdilər ki, onlar hələ də yerdənkənar həyatın və UNO-ların mövcudluğuna dair elmi dəlil tapmayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31