Ankarada GÜCLÜ PARTLAYIŞ: Ölən var

Ankarada Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun (TÜBİTAK-SAGE) müəssisəsində partlayış baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, kimyəvi tullantıların səbəb olduğu ehtimal edilən partlayış nəticəsində bir nəfər həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31