Rusiyanın bir sıra hava limanları müvəqqəti olaraq bağlanıb
25 Sentyabr 2023 12:43 DünyaRusiyanın Vnukovo hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Olaylar.az xəbər verir ki, Jukovski hava limanı da uçuşlar üçün bağlanıb.
Məlumata görə, hazırda Vnukovo hava limanının fəaliyyəti bərpa olunub.
Qeyd edək ki, bundan əvvəl Domodedovo hava limanının müvəqqəti olaraq uçuşları qəbul etmədiyinə dair məlumat yayılıb. Hava limanında reyslərin dron təhlükəsi ilə əlaqədar təxirə salındığı bildirilib. Belə ki, hava limanında 14 reys təxirə salınıb, daha üçü ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31