NATO Çinə qarşı 1,1 milyard dollarlıq müharibə fondu ilə mübarizə aparacaq - ÖZƏL
25 Sentyabr 2023 11:31 DünyaNATO İnnovasiya Fondu Çinlə rəqabət qabiliyyətini artırmaq üçün müdafiə startaplarının inkişafına 1,1 milyard dollar ayırmağı planlaşdırır. Layihədə alyansın 23 üzvü iştirak edir.
NATO baş katibinin köməkçisi David van Wiel-in dediyi kimi, təşkilat xüsusilə Avropa ölkələrində yüksək texnoloji həllərin inkişafı üçün vençur kapitalına malik deyil. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı müdafiə şirkətlərinə investisiya üçün "daha çox kapital" ayırmağa hazırlaşır ki, onlar ÇXR- dən olan investorlara müraciət etməsinlər .
Artıq 23 ölkə NATO-nun yaratdığı fondun iştirakçısına çevrilib, lakin ABŞ onların arasında deyil.
Fond süni intellekt, kosmos və biotexnologiyalardan istifadə etməklə layihələrin hazırlanması üzrə ixtisaslaşıb.
Fondun əsas məqsədi yeni texnologiyaların tətbiqi və NATO ölkələrinin müdafiə nazirlikləri arasında kommunikasiyaların gücləndirilməsidir.