Bu ölkənin ABŞ-dəki səfirliyinə hücum olunub
25 Sentyabr 2023 10:40 DünyaKubanın Vaşinqtondakı səfirliyinə hücum olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Rodrigez Parriya özünün "X" (Tvitter) sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, gecə saatlarında səfirliyin binasına naməlum şəxs tərəfindən 2 Molotov kokteyli atılıb. Səfirlik əməkdaşlarından xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu Kubanın ABŞ səfirliyinə ilk hücum deyil. Bundan əvvəl 2020-ci ildə də Kubanın Vaşinqtondakı səfirliyinə avtomat silahdam atəş açılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31