Kosova polisi 3 serbi öldürdü - Vuçiç

Kosova polisinin apardığı əməliyyatda 3 serb öldürüb, onlardan ikisi snayper tüfəngi ilə vurulub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Qeyd edək ki, Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında, naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda serb cinayətkar dəstələrini günahlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31