ATEŞ rusların gizli bazasını tapdı

Partizanlar müvəqqəti işğal olunmuş Krımda, Simferopol yaxınlığında Rusiyanın gizli yanacaq-sürtkü materialları bazasını aşkar ediblər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ATEŞ partizan hərəkatının açıqlamasında deyilir.

Bildirilib ki, yarımadada yanacaqla bağlı problemlər yarandığı üçün işğalçılar yanacaq tədarükünü artırıblar:

"Çoxlu yanacaq olan çənlər aşkar edib. Buraya böyük miqdarda yanacaq gəlir və kiçik məntəqələrə daşınır. Krımda yanacaqla bağlı ciddi problemlər olduğundan işğalçılar tədarükləri artırıblar və hər cür "maskalanmağı" tamamilə unudublar", - ATEŞ hərəkatının bəyanatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31