Çində mədəndə güclü yanğın: 16 nəfər öldü

Çinin cənub-qərbindəki Quizhou əyalətində mədəndə baş verən yanğın 16 nəfərin həyatına son qoyub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Pançjou şəhəri yaxınlığındakı Şanzyaoşu kömür mədənində yerli vaxtla təxminən 08:00-da olub. İlkin məlumata görə, yanğın konveyerdə baş verib və 16 işçi ölüb.

Yanğınsöndürənlər yanğını söndürüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31