Polşa ilə Almaniya arasında QALMAQAL
23 Sentyabr 2023 23:20 DünyaAlmaniya və Polşa arasında miqrantlara yüz minlərlə iş vizasının qeyri-qanuni verilməsi ilə bağlı qalmaqal yaranıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkələr arasında sərhəd nəzarətini gücləndirmək lazım ola bilər:
"Almaniyaya gəlib cinayət törədən hər kəs vətənə qaytarılmalıdır. Almaniya sığınacaq hüququna sadiqdir. Sərhədlərdəki vəziyyətlə əlaqədar Polşada vizaların verilməsi zamanı mümkün pozuntulara aydınlıq gətirilməlidir. Pulla verilən vizalar problemi daha da ağırlaşdırdı. Sərhədlərdə mövcud vəziyyətdən asılı olaraq əlavə tədbirlər görülməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31