Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq niyyətini bir daha təsdiq edəcək - ÖZƏL

"ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxışı zamanı Vaşinqtonun BMT Təhlükəsizlik Şurasını genişləndirmək niyyətini bir daha təsdiq edəcək".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Biz açıq şəkildə bildirdik ki, Təhlükəsizlik Şurasının arxitekturasına nəzər salmağın vaxtıdır. Hesab edirik ki, o, daha əhatəli olmalıdır" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31