"Bu, Kim Çen İnin sonunu gətirəcək"

Şimali Koreya tərəfindən nüvə zərbəsi endirilərsə, Pxenyandakı rejimin sonu olacaq.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu sözləri Cənubi Koreya Prezidenti Yun Sok Yol deyib.

"İki ölkə (Cənubi Koreya və ABŞ) Şimali Koreyanın istənilən nüvə hücumuna rejimin sona çatmasına gətirib çıxaracaq sürətli, dağıdıcı və qətiyyətli cavab veriləcəyini təsdiqlədi", - deyə o, müsahibəsində bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31