Nikoldan Ərdoğanın təklifinə REAKSİYA
17 Sentyabr 2023 20:47 DünyaMüxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirəm.
Olaylar.az axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinin İrəvana edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
"Problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq", - Paşinyan bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31