Fransada daşqın təhlükəsi ilə bağlı “qırmızı” səviyyə elan edilib

Fransanın cənubunda Ero departamentində gözlənilən leysan yağışları səbəbindən yaranacaq daşqın təhlükəsi ilə əlaqədar "qırmızı" xəbərdarlıq səviyyəsi elan edilib.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Meteo-Fransa" meteoroloji xidməti məlumat yayıb.

Meteoroloji xidmətin dərc etdiyi infoqrafik xəritəyə əsasən, Ero departamentində "qırmızı" xəbərdarlıq səviyyəsi elan edilib.

Şimaldakı daha iki qonşu departamentə mümkün daşqın səbəbindən "narıncı", şərqdə isə üç departamentdə sadəcə şiddətli tufan olacağı ilə bağlı "sarı" xəbərdarlıq səviyyəsi verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31