Qəzaya uğrayan təyyarə avtomobilə çırpıldı - VİDEO

İtaliyanın Turin şəhərinin yaxınlığında hərbi bazada təlim uçuşları zamanı təyyarə qəzaya uğrayıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "La Republika" qəzeti məlumat yayıb.

Məlumata görə, təyyarə havada olarkən qəzaya uğrayıb və yerə düşərkən avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfərlik bir ailənin 5 yaşlı qızı yanıq xəsarətlərindən həlak olub. Qızın doqquz yaşlı qardaşı yaralanıb. O və valideynləri xəstəxanaya çatdırılıb, təyyarənin pilotu da xəstəxanaya yerləşdirilib.

Pilotun qəza anı aşağı hündürlükdə paraşütünü açaraq təyyarədən atıldığını əks etdirən görüntülər yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31