"Biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik"

Almaniyanın xarici işlər naziri Annalena Berbok Çin Prezidenti Si Szinpini diktator adlandırıb və Almaniya hökumətinin Ukraynaya dəstəyini vurğulayıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Berbok "Foks Nyus" telekanalına müsahibəsində bildirib.

"Biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik. Əgər Putin bu müharibədə qalib gəlsə, bu, dünyanın digər diktatorları, məsələn, Szinpin üçün hansı mənaya çevriləcək? Ona görə də Ukrayna bu müharibədə qalib gəlməlidir", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31