Polşadan Rusiyaya daha bir qadağa
16 Sentyabr 2023 22:03 DünyaPolşa sabahdan etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminski məlumat verib.
"Rusiyada qeydiyyatda olan heç bir minik avtomobili Polşa ərazisinə daxil ola bilməyəcək. Rusiya yük maşınlarına qoyulan qadağa əvvəllər də qüvvədə idi. İndi heç bir Rusiya avtomobili Polşaya girməyəcək", - nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31