ABŞ-la bu halda məhbus mübadiləsi APARILACAQ
16 Sentyabr 2023 21:20 DünyaTehran Cənubi Koreyada dondurulmuş 6 milyard dollarlıq İran aktivləri Qətərdəki hesablarına çatdıqdan sonra ABŞ ilə məhbus mübadiləsi aparacaq.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, yaxın bir-iki gün ərzində ABŞ-ın sanksiyaları nəticəsində Cənubi Koreya banklarındakı hesablarda dondurulmuş 6 milyard dollar Qətərin iki bankındakı İran hesablarına köçürüləcək:
"İran Mərkəzi Bankı vəsaitlərin köçürülməsini təsdiqlədikdən sonra Dohada Tehran və Vaşinqton arasında razılaşmaların mübadiləsi aparılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31