Putinin tərifləri Trampın xoşuna gəldi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin son təriflərini yüksək qiymətləndirdiyini bildirib.

Olaylar.az yenisabah.az-a istinadla xəbər verir ki, Rusiya prezidentinin Ukraynadakı müharibə ilə bağlı mövqeyini düzgün adlandırıb.

Tramp bildirib: "Nə edəcəyinizi dəqiq deyə bilməzsiniz. Amma mən Putinə müəyyən şeylər deyərdim. Zelenskiyə də".

Xatırladaq ki, ötən həftə Vladimir Putin Donald Trampın ABŞ-da hakimiyyətə gələcəyi təqdirdə, Ukrayna münaqişəsinin həllinə kömək etmək niyyətindən məmnun olmacağını deyib.

Tramp Putinin şərhlərini təqdir edib: "Bu sözləri xoşuma gəlir. Çünki dedikləri düzdür. Mən onu otağa çəkərdim. Zelenskini də həmin otağa dəvət edərdim. Sonra onları bir araya gətirərdim. Sövdəyə girərdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31