Qırğızıstan səfiri Tacikistan XİN-ə ÇAĞIRILDI
16 Sentyabr 2023 19:53 DünyaQırğızıstanın Düşənbədəki fövqəladə və səlahiyyətli səfiri Erdan Abdıldayev Tacikistanın Xarici İşlər Nazirliyinə dəvət olunub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Söhbət zamanı Qırğızıstanın yüksək dövlət rəsmisinin sentyabrın 15-də mediaya tacik-qırğız sərhədi məsələlərinə dair açıqlamaları əsasında Tacikistan tərəfində yaranan narahatlıq səfirin diqqətinə çatdırılıb", - məlumatda deyilir.
Bildirilib ki, bu cür şərhlərin Tacikistan-Qırğızıstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişinə, eləcə də qarşılıqlı etimada ciddi ziyan vurur.
Qeyd edək ki, XİN-in məlumatında konkret olaraq hansı bəyanatın və ya hansı Qırğızıstan rəsmisinin nəzərdə tutulduğu göstərilmir.