Türkiyə Suriyaya qoşun göndərdi: döyüşlər gedir

Türkiyə ordusu Suriyanın şimalında müxalif qüvvələrlə "Cəbhət ən-Nüsra" təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.

Olaylar.az Axar.az xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti məlumat yayıb.

"Cəbhət ən-Nüsra" yaraqlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyə zirehli texnikası və hərbi qüvvələr göndərib",- məlumatda deyilir.

Qeyd olunur ki, döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31