Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15 Sentyabr 2023 23:32 DünyaABŞ göndərilən silahlardan Ukrayna sərhədləri xaricində istifadə etməyi təşviq etmir, hədəf seçimini Kiyevin öhdəsinə buraxır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Ukraynalıların bu sistemlərdən (silahlardan) necə istifadə edə biləcəyinə gəldikdə, hədəf seçimi onlarındır. Biz silah sistemlərimizin Ukraynadan kənarda istifadəsini təşviq etmirik və ya asanlaşdırmırıq, lakin yenə də bu, əsas etibarı ilə ukraynalıların qərarından asılıdır", - deyə dövlət katibi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31