Bu Avropa ölkəsində yeni hökumət təsdiqləndi

Latviyanın Seymi səs çoxluğu ilə Yeni Birlik Partiyasını təmsil edən Evika Silinanın başçılığı ilə yeni hökuməti təsdiqləyib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət televiziya məlumat yayıb.

Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqini 53 deputat dəstəkləyib.

Hakim koalisiyaya Yeni Birlik (26 yer), Yaşıllar və Kəndlilər İttifaqı (NWK, 16) və Proqressivlər (10) partiyaları daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31